“Energoatom”un rəhbəri: "Zaporojye” AES minalanıb"

Digər ölkələr
  • 14 iyul, 2023
  • 07:21
“Energoatom”un rəhbəri: Zaporojye” AES minalanıb

“Zaporojye” Atom Elektrik Stansiyasında (AES) potensial partlayış böyük radiasiya fəsadlarına səbəb olacaq”.

Bunu “Report”un Şərqi Avropa Bürosuna Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkətinin rəhbəri Petr Kotin deyib.

"Kəşfiyyatın məlumatına görə, stansiya minalanıb. Rusiyalı işğalçılar stansiyanın perimetri, girişləri, bir sözlə, hər yeri minalayıblar. Orada rusiyalıların yük maşınlarının və digər hərbi texnikasının, o cümlədən partlayıcı maddələrin və hərbi anbarın olması çox böyük təhlükə yaradır. Əgər hər hansı hadisə baş verərsə, bu, müvəqqəti, yaxud böyük fəsadları olan radiasiya şüalanmasına səbəb ola bilər”, - o bildirib.

Kotinin sözlərinə görə, bu yaxınlarda “Kaxovska” Su Elektrik Stansiyasında (SES) baş vermiş partlayışa görə əhali həyəcan içindədir.

“Bu bir daha göstərdi ki, Rusiya heç nəyə məhəl qoymur və onlar Zaporojye AES-də də texnogen fəlakət təşkil edə bilərlər”, - Kotin əlavə edib.

44 filmi