​Ən çox silah alan və satan dövlətlərin adları açıqlanıb

​Ən çox silah alan və satan dövlətlərin adları açıqlanıb İkinci yerdə 10 milyard dollarlıq silah satmaqla Rusiya gəlir
Digər ölkələr
9 Mart , 2015 15:22
​Ən çox silah alan və satan dövlətlərin adları açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ 2014-cü ildə ən çox silah satın alan ölkə Səudiyyə Ərəbistanı olub.

"Report"un xəbərinə görə, bu barədə İngiltərənin Müdafiə İnstitutunun dünyada müdafiə xərclərinə dair hesabatında bildirilir.

Hesabata əsasən, ötən il Səudiyyə Ərəbistanı 2013-cü illə müqayisədə silah idxalını 54% artıraraq, bu sahədə xərcini 64,4 milyard dollara çatdırıb.

ABŞ 23,7 milyard dollarlıq silah sataraq, dünyada ən böyük ixracatçıdır. Ondan sonrakı yerdə 10 milyard dollarlıq silah ixracatı ilə Rusiya gəlir.

Son xəbərlər

Orphus sistemi