Əli Əkbər Vilayəti: "İran İsrailin Suriyadakı aviabazaya zərbəsini cavabsız qoymayacaq"

Əli Əkbər Vilayəti: "İran İsrailin Suriyadakı aviabazaya zərbəsini cavabsız qoymayacaq" "Aviabazaya zərbə İsrailin törətdiyi cinayətdir"
Digər ölkələr
10 Aprel , 2018 16:55
Əli Əkbər Vilayəti: İran İsrailin Suriyadakı aviabazaya zərbəsini cavabsız qoymayacaq

Bakı. 10 aprel. REPORT.AZ/ "İran İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Homs vilayətindəki aviabazaya zərbəsini cavabsız qoymayacaq".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu İranın ali rəhbərinin köməkçisi Əli Əkbər Vilayəti deyib.

Onun sözlərinə görə, aviabazaya zərbə İsrailin törətdiyi cinayətdir.

Qeyd edək ki, Ə.Ə.Vilayəti hazırda İslam birliyinin ilk sammitinin keçirildiyi Suriyada səfərdədir. Onun Suriyada bir sıra yüksək vəzifəli rəsmilərlə danışıqlar aparacağı planlaşdırılır. Danışıqlarda regiondakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Dünən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi Tehranın İsrailin Suriyadakı aviabazaya zərbələrini şiddətlə qınadığını vurğulayıb.

Xatırladaq ki, bombardman nəticəsində 14 nəfər ölüb. TASNIM agentliyinin məlumatına görə, ölənlər arasında 7 İran vətəndaşı da var.

Son xəbərlər

Orphus sistemi