Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65 nəfərə yüksəlib

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65 nəfərə yüksəlib Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65 nəfərə yüksəlib.
Digər ölkələr
11 Avqust , 2021 15:36
Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65 nəfərə yüksəlib

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65 nəfərə yüksəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əlcəzairin milli televiziya kanalı yayıb.

Bildirilib ki, meşə yanğınları nəticəsində 28 hərbçi, 37 mülki vətəndaş ölüb. Məlumata görə, ölənlərin çoxu Tizi-uzu əyalətindəndir.

Qeyd edək ki, avqustun 10-da Əlcəzairin Baş naziri Ayman ibn Abdurrəhman meşə yanğınlarında 42 nəfərin öldüyünü bildirmişdi.

Son xəbərlər

Orphus sistemi