​Əlcəzair neftin qiymətinin düşməsi səbəbindən ilin sonunadək 35 mlrd. dollar itirəcək

​Əlcəzair neftin qiymətinin düşməsi səbəbindən ilin sonunadək 35 mlrd. dollar itirəcək Baş nazir: "Qiymətlərin kəskin düşməsi ölkəmizin gəlirlərinə təsir göstərir"
Digər ölkələr
20 Sentyabr , 2015 21:32
​Əlcəzair neftin qiymətinin düşməsi səbəbindən ilin sonunadək 35 mlrd. dollar itirəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Əlcəzair iqtisadiyyatı beynəlxalq bazarlarda neftin qiymətinin düşməsi səbəbindən 2015-ci ilin yekunu üzrə 33-35 milyard dollar itirəcək.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Əbdülmalik Sellal məlumat verib.

"Karbohidrogen ehtiyatları qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin gəlirlərinə təsir göstərir. Söhbət 2015-ci ilin yekunu üzrə ən azı 33-35 milyard dolların itirilməsindən gedir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi