Ekvatorial Qvineyada partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

Ekvatorial Qvineyada partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb Xəsarət alanların 600 nəfərə çatdığı vurğulanıb
Digər ölkələr
8 Mart , 2021 16:20
Ekvatorial Qvineyada partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində Nkoa Ntoma hərbi bazasının anbarlarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Dövlət telekanalı TVGE qeyd edib ki, son saatlarda dağıntılar altından daha 10 cəsəd çıxarılıb. Eyni zamanda xəsarət alanların sayının 600 nəfərə çatdığı vurğulanıb.

Ölkə prezident Teodoro Obiang Nqema Mbasoqo milli televiziya ilə çıxışı zamanı partlayışların dinamitlə səhlənkar davranış nəticəsində baş verdiklərini söyləyib. O, arsenalın təhlükəsizliyini təmin edən hərbçiləri kifayət qədər sayıq olmamaqda günahlandırıb. Prezident həmçinin anbarlara yaxın ərazidə fermerlərin alaq otlarını məhv etmək üçün ot qalağını yandırmasının partlayışa səbəb ola biləcəyini qeyd edib. Dövlət başçısı eyn zamanda partlayışların vurduğu böyük zərərlə əlaqədar beynəlxalq ictimaiyyətdən yardım istəyib.

00:35

Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış nəticəsində azı 20 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli televiziyaya istinadən “Reuters” agentliyi bildirib.

Eyni zamanda “BNO News” agentliyi Ekvatorial Qvineyanın Səhiyyə Nazirliyinə istinadən bildirib ki, faciə nəticəsində azı 300 insan xəsarət alıb. Bununla yanaşı, xeyli sayda insan itkin düşmüş hesab edilir.

Hadisənin səbəbi hələ məlum deyil. Lakin EFE agentliyi partlayışların mərkəzinin hərbi obyektlərin olması barədə məlumat yayıb. Söhbət xüsusi təyinatlı qüvvələrin yataqxanasından gedir. Onun yaxınlığında yaşayış məntəqəsi yerləşir.

Son xəbərlər

Orphus sistemi