Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb

Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmalarda ən azı altı məhbus həlak olub.
Digər ölkələr
7 oktyabr 2023 02:42
Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb

Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət “X” sosial şəbəkəsində məlumat yayıb.

"Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub", - məlumatda bildirilir.

Yaralıların sayı barədə məlumat verilmir.

Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.

Son xəbərlər

Orphus sistemi