Ekvadorda 118 nəfərin öldüyü həbsxanada polislərə atəş açılıb

Ekvadorda 118 nəfərin öldüyü həbsxanada polislərə atəş açılıb Ekvadorda Quayas əyalətinin həbsxanasında məhkumlar binalara baxış keçirən polislərə atəş açıblar.
Digər ölkələr
3 Oktyabr , 2021 06:00
Ekvadorda 118 nəfərin öldüyü həbsxanada polislərə atəş açılıb

Ekvadorda Quayas əyalətinin həbsxanasında məhkumlar binalara baxış keçirən polislərə atəş açıblar.

“Report” xəbər verir ki, bu barədə Ekvador milli polisinin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, atəş açanlar dərhal zərərsizləşdirilib, hazırda həbsxanada asayiş təmin edilir. Axtarışlar nəticəsində hüquq -mühafizə orqanlarının əməkdaşları iki avtomat, üç tapança, döyüş sursatı və mobil telefonlar aşkar edərək müsadirə ediblər.

Xatırladaq ki, Ekvadorda Quayas əyalətinin həbsxanasında cinayətkar qruplaşmaların üzvləri arasında baş verən atışmada 118 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi