Bakı. 26 iyul. REPORT.AZ/ "WikiLeaks" şirkətinin təsisçisi Culian Assanj Ekvadorun Londondakı diplomatik missiyasında daim sığınacaqda qala bilməz.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin xarici işlər naziri Xose Valensiya ABC qəzetinə müsahibəsində bildirib.
"Bu, üç tərəf - Britaniya hökuməti, Ekvador hökuməti və Assanjin vəkilləri arasında beynəlxalq hüquq çərçivəsində müzakirə edilməli olan mövzudur", - nazir deyib.
Onun sözlərinə görə, vaxtilə razılaşdırılmış sığınacaq verilməsi məsələsi həllini tapmalıdır, çünki daim sığınacaqda qalmaq olmaz. "Ancaq həll yolunun tapılması üçün nə qədər vaxt lazım gələcəyini təxmin etmək çətindir", - X.Valensiya əlavə edib.