Yuxarı

​Ekvador Respublikasında 6,7 bal gücündə zəlzələ olub

Dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib

Bakı. 18 may. REPORT.AZ/ Ekvador Respublikasının qərbində 6,7 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın mərkəzi Muisne şəhərində 26 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu il aprelin ortalarında Ekvadorda baş verən zəlzələ nəticəsində 600-dən çox insan həyatını itirmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi