Ekoaktivistlər Paris yaxınlığında etiraz aksiyası keçiriblər

Ekoaktivistlər Paris yaxınlığında etiraz aksiyası keçiriblər Bir qrup ekoaktivist Paris yaxınlığında yerləşən Le-Burje hava limanında etiraz aksiyası keçirib.
Digər ölkələr
21 Yanvar , 2022 18:05
Ekoaktivistlər Paris yaxınlığında etiraz aksiyası keçiriblər

Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Le-Burje hava limanında bir qrup ekoaktivist etiraz aksiyası keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, aksiyada “Exctinction Rebellion France”, “Attac” və “Alternatiba” hərəkatlarını təmsil edən 70 aktivist iştirak edib.

Nümayişçilər Fransa Prezidenti Emmanuel Makronun fiqurunu, həmçinin od içində olan heyvan təsvirləri nümayiş etdiriblər.

Aktivistlər milyonçuların ətraf mühitin çirklənməsinə və qlobal istiləşməyə səbəb olan hərəkətlərini pisləyiblər. Onlar özəl təyyarələrdən istifadəyə qarşı etiraz ediblər.

Son xəbərlər

Orphus sistemi