Yuxarı

Əfqanıstanda yaraqlılarn DİN idarəsinə basqını nəticəsində 1 polis həlak olub

Rayonda şiddətli vuruşma gedir

Bakı. 8 dekabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda Qəndəhar vilayətində yaraqlılarn DİN idarəsinə basqını nəticəsində 1 polis ölüb, daha beş nəfər yaralanıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, ekstremistlər polis və mülki vətəndaşların olduğu binanı ələ keçiriblər. 

Agentlikdən verilən məlumata görə, kamikadze binanın girişi yaxınlığında güclü partlayıcı qurğunu işə salıb. Bundan sonra yaraqlılar polis gərargahını atəşə tutublar. Hadisənin şahidləri rayonda şiddətli vuruşmanın getdiyini bildiriblər. 

"Taliban" hərəkatının rəhbərliyi basqına görə məsuliyyəti öz üzərinə götürüb. İnsidentin təfərrüatları və ölənlərin sayı dəqiqləşdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi