Əfqanıstanda törədilmiş terror aktında ölənlərin sayı 20-yə, yaralananların sayı 40-a çatıb

Əfqanıstanda törədilmiş terror aktında ölənlərin sayı 20-yə, yaralananların sayı 40-a çatıb Hücumda iştirak etmiş terrorçular zərərsizləşdirilib
Digər ölkələr
26 Avqust , 2017 08:37
Əfqanıstanda törədilmiş terror aktında ölənlərin sayı 20-yə, yaralananların sayı 40-a çatıb

Bakı. 26 avqust. REPORT.AZ/ Əfqanıstanın paytaxtında törədilmiş terror aktı qurbanlarının sayı artıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Belə ki, silahlı şəxslərin Kabilin Qala Nəjar rayonundakı İmam Zaman məscidinə hücum zamanı öldürülənlərin sayı 20-yə, yaralıların sayı 40-a çatıb.

Kabilin Polis İdarəsinin mətbuat katibi Basir Mücahidin sözlərinə görə, hücumda 4 terrorçu iştirak edib. Onlardan biri məscidin girişində özünü partladıb. Digər üç nəfər isə içəri daxil olaraq insanlara atəş açıblar.

Hər üç terrorçu zərərsizləşdirilib, təhqiqat aparılır. Mücahid ölənlərin sayının artacağı ilə bağlı narahatlığını ifadə edib.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Əfqanıstan prezidenti Əşrəf Qani terror aktını pisləyib.

Son xəbərlər

Orphus sistemi