Əfqanıstanda "Taliban" qruplaşmasının əsirliyində olan 10 nəfər azad edilib

Əfqanıstanda "Taliban" qruplaşmasının əsirliyində olan 10 nəfər azad edilib Azad edilənlərdən dördü polis məmuru, qalanları isə mülki şəxslərdir
Digər ölkələr
8 Avqust , 2018 15:45
Əfqanıstanda Taliban qruplaşmasının əsirliyində olan 10 nəfər azad edilib

Bakı. 8 avqust. REPORT.AZ/ Əfqanıstan ordusunun xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat nəticəsində "Taliban" qruplaşmasının girovluğunda olan 10 nəfər azad edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Əməliyyat ölkənin Hilmənd vilayətinin Musa Qala mahalında keçirilib. Girovluqdan azad edilənlərin dördü polis məmuru, qalanları isə mülki şəxslərdir.

Azad edilənlər milli ordunun yaxınlıqdakı bölməsinə çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi