Yuxarı
    Bağlamaq

    ​Əfqanıstanda "Taliban"ın 8-i əcnəbi olmaqla 14 silahlısı öldürülüb

    Son 5 gündə terrorçu qrupun 3 qubernatoru zərərsizləşdirilib

    Bakı. 16 iyun. REPORT.AZ/ Əfqanıstanın Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqinə endirdiyi aviazərbələr nəticəsində "Taliban" hərəkatının 14 silahlısı öldürülüb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan polisi məlumat yayıb. Öldürülənlərdən 8-i xarici ölkə vətəndaşıdır. 

    Bədəxşan əyaləti Polis İdarəsinin təmsilçisi Lələ Məhəmməd Əhmədzay bildirib ki, hava zərbələri bölgənin Curm rayonunun Khol Dara-i-Xastak kəndinə endirilib: "Öldürülənlər arasında özünü Bədxşan əyalətinin başçısı elan etmiş Molla Amanuddin də var".

    Xəbərə görə, Molla Amanuddin "Taliban" hərəkatının son 5 gündə öldürülən 3-cü "qubernatorudur". İyunun 14-də Kunar əyalətinin "başçısı" Ömər Zadran, ondan əvvəl isə Nanqarhar əyalətinin "qubernatoru" Mövləvi Mirəhməd Gül öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi