Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən son 24 saat ərzində həyata keçirilən əməliyyatlar zamanı “Taliban” hərəkatının 233 terrorçusu məhv edilib, 88-i də yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin “Twitter” səhifəsindəki xəbərə görə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik qüvvələri Nəngərhar, Qəzni, Qəndəhar, Couzcan, Sar-e-Pol, Fəryab, Bəlx, Helmənd, Təxər, Günduz əyalətlərində əməliyyatlar yerinə yetirib. Əməliyyatlar nəticəsində habelə 15 əldəqayırma partlayıcı qurğunun aşkarlanaraq zərərsizləşdirildiyi bildirilir.
Xatırladaq ki, ötən gün 136 “Taliban”çının məhv edildiyi, 81 nəfərin yaralandığı açıqlanmışdı.
Ötən gün Dohada Əfqanıstan siyasi liderlərilə “Taliban” arasında başa çatmış iki günlük danışıqlar zamanı sülh danışıqlarına davam etmək razılaşdırılsa da, atəşkəsə nail olmaq mümkün olmayıb.