Əfqanıstanda son sutkada "Taliban"ın 455 silahlısı zərərsizləşdirilib

Əfqanıstanda son sutkada "Taliban"ın 455 silahlısı zərərsizləşdirilib Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələri son sutka ərzində “Taliban” qruplaşmasının 455 silahlısını zərərsizləşdirib, 232-ni isə yaralayıb.
Digər ölkələr
2 Avqust , 2021 12:28
Əfqanıstanda son sutkada Talibanın 455 silahlısı zərərsizləşdirilib

Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələri son sutka ərzində “Taliban” qruplaşmasının 455 silahlısını zərərsizləşdirib, 232-ni isə yaralayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi tviter səhifəsində yayıb.

Bildirilib ki, Nanqahar, Paktiya, Paktikə, Lohar, Qəndəhar, Herat, Fəryab, Cauzcan, Bəlx, Samanqan, Gilmend, Tahar, Kunduz, Baqlan və Kapisa əyalətlərində hakimiyyət qüvvələri ilə qruplaşma silahlıları arasında döyüşlər davam edir.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra “Taliban” fəallaşıb. Qruplaşma İran, Türkmənistan, Tacikistan, Çin və Pakistanla Əfqanıstan arasındakı sərhəddə yerləşən ərazilərə nəzarəti ələ keçirdiklərini iddia edir.

Son xəbərlər

Orphus sistemi