​Əfqanıstanda sel nəticəsində 24 nəfər ölüb, 40 nəfər itkin düşüb

​Əfqanıstanda sel nəticəsində 24 nəfər ölüb, 40 nəfər itkin düşüb Əyalət valisi qiyamçılara müraciət edərək, xilasedicilərə mane olmamağa çağırıb
Digər ölkələr
19 May , 2016 16:10
​Əfqanıstanda sel nəticəsində 24 nəfər ölüb, 40 nəfər itkin düşüb

Bakı. 19 may. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Sərepol əyalətində sel nəticəsində 24 nəfər ölüb, 10 nəfər yaralanıb, 40 nəfər itkin düşüb.

"Report" "Tolonews" agentliyinə istinadən xəbər verir ki, bunu əyalətin valisi Məhəmməd Zahir Vəhdət deyib.

Onun sözlərinə görə, təbii fəalkət nəticəsində 150-dən artıq ev dağılıb.

Məhəmməd Zahir Vəhdət qiyamçılara müraciət edərək, xilasedicilərə mane olmamağa çağırıb: "Sel nəticəsində yüzlərlə ev dağılıb və yüzlərlə akr əkin sahəsini su basıb".

Son xəbərlər

Orphus sistemi