Əfqanıstanda qızıl axtaran 8 nəfər qar uçqunu altında qalaraq ölüb

Əfqanıstanda qızıl axtaran 8 nəfər qar uçqunu altında qalaraq ölüb Bədəhşan əyalətində baş verən qar uçqunu nəticəsində səkkiz nəfər ölüb, yeddisi yaralanıb
Digər ölkələr
13 Mart , 2017 11:10
Əfqanıstanda qızıl axtaran 8 nəfər qar uçqunu altında qalaraq ölüb

Bakı. 13 mart. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində yerləşən Bədəhşan əyalətində qar uçqunu nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər yaralanıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin regional idarəsindən məlumat veriblər.

Məlumata görə, faciə Tacikistanla sərhəd ərazidə yerləşən Şahri-Buzurq mahalında dünən günün ikinci yarısında, yerli sakinlərin bir qrupu dağda qızıl yuyulması ilə məşğul olan zaman baş verib.

Uçqundan sağ çıxmış yeddi nəfərin vəziyyətinin kritik olduğunu bildirilir.

Son xəbərlər

Orphus sistemi