Əfqanıstanda polis məntəqəsinə hücum nəticəsində 8 nəfər öldürülüb

Əfqanıstanda polis məntəqəsinə hücum nəticəsində 8 nəfər öldürülüb Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb
Digər ölkələr
13 Noyabr , 2017 13:16
Əfqanıstanda polis məntəqəsinə hücum nəticəsində 8 nəfər öldürülüb
AFP 2017 / Jawed Tanveer

Bakı. 13 noyabr. REPORT.AZ/ Əfqanıstanın Farah əyalətində terrorçuların Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 8 polis əməkdaşı öldürülüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin təmsilçisi Gülbahar Mücahid bildirib.

Onun sözlərinə görə, hücum məntəqənin daxilindən törədilib. G.Mücahid əlavə edib ki, şübhəlilər hadisə yerindən qaçaraq gizləniblər.

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi