Əfqanıstanda partlayış zamanı bir neçə polis əməkdaşı həlak olub

Əfqanıstanda partlayış zamanı bir neçə polis əməkdaşı həlak olub Əfqanıstanın qərbindəki Herat əyalətində minalanmış avtomobilin partladılması nəticəsində üç polis əməkdaşı həlak olub
Digər ölkələr
18 Aprel , 2021 05:56
Əfqanıstanda partlayış zamanı bir neçə polis əməkdaşı həlak olub

Əfqanıstanın qərbindəki Herat əyalətində minalanmış avtomobilin partladılması nəticəsində üç polis əməkdaşı həlak olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə əyalətin qubernatoru Sayed Vahid Katali bildirib.

Onun sözlərinə görə, "Taliban" hərəkatının silahlıları həmçinin Zinda-Canın rayonunda da polis bölməsinə hücüm ediblər.

"Bir gün əvvəl axşamı döyüşçülər Çişti, Obe, Gülran rayonlarına silahlı hücum etdilər", - qubernator bildirib.

Qeyd edək ki, Əfqanıstanda sülhün qurulması məqsədi ilə İstanbulda aprelin 24-dən mayın 4-dək sülh konfransının keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi