Əfqanıstanda NATO-nun konvoyuna hücum olub, 2 nəfər ölüb, 5-i yaralanıb

Əfqanıstanda NATO-nun konvoyuna hücum olub, 2 nəfər ölüb, 5-i yaralanıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.
Digər ölkələr
18 Oktyabr , 2018 13:40
Əfqanıstanda NATO-nun konvoyuna hücum olub, 2 nəfər ölüb, 5-i yaralanıb
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.

“Report” “TRThaber”ə istinadən xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə deyib.

Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.

NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.

Hücumun məsuliyyətini üzərinə götürən “Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi