Əfqanıstanda motosklet minaya düşüb: 3 uşaq ölüb, 2 nəfər yaralanıb

Əfqanıstanda motosklet minaya düşüb: 3 uşaq ölüb, 2 nəfər yaralanıb Bakı. 2 avqust. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində motosikletin minaya düşməsi nəticəsində 3 uşaq ölüb, biri yaşlı olmaqla iki nəfər yaralanıb.
Digər ölkələr
2 Avqust , 2018 15:57
Əfqanıstanda motosklet minaya düşüb: 3 uşaq ölüb, 2 nəfər yaralanıb
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində motosikletin minaya düşməsi nəticəsində 3 uşaq ölüb, biri yaşlı olmaqla iki nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Polisin məlumatına görə, motosikletdə hərəkət edən insanlar minaya düşüblər.

Bildirilib ki, bu, ötən bir sutkada Qəndəharda baş vermiş ikinci hadisədir. Ötən gün avtomobilin minaya düşməsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi