Bakı. 3 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Qardez şəhərində (Paktiya vilayəti) məsciddə partlayış baş verib.
"Report" TASS-a istinadən xəbər "Pajhwok" agentliyi 20 nəfərin öldüyünü, azı 40 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı barədə məlumat verib.
Bildirilib ki, məscidə cümə namazı vaxtı iki terrorçu-kamikadze hücum edib.
Yerli hökumət orqanlar partlayış olduğunu təsdiqləyiblər. Hadisənin təfərrüatları aydınlaşdırılır.