Əfqanıstanda koronavirusa yoluxanların sayı mini ötdü

Digər ölkələr
  • 20 aprel, 2020
  • 05:58
Əfqanıstanda koronavirusa yoluxanların sayı mini ötdü

Əfqanıstanda koronavirusa yoluxanların sayı 1 005-ə çatıb.

“Report” “1TV News”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, son sutkada həkimlər Kunar və Laqman əyalətlərinin hər birində 4, Nəngərharda isə 1 hadisə olmaqla, toplam 9 yeni yoluxma halı müəyyən ediblər.

Ümumilikdə isə Əfqanıstanda koronavirusadan 31 nəfər ölüb, 31 nəfər sağalıb.