Yuxarı

​Əfqanıstanda İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib

Öldürülən silahlılar arasında bir neçə əcnəbi var

Bakı. 24 fevral. REPORT.AZ/ Əfqanıstan hərbçilərinin havadan və qurudan keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının 41 silahlısı zərərsizləşdirilib.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət təmsilçisi bildirib.

Məlumata görə, əməliyyat ölkənin Nanqarhar əyalətində həyata keçirilib.

Əyalət administrasiyasından bildirilib ki, zərərsizləşdirilənlərdən biri qruplaşmanın yerli liderlərindəndir. Öldürülən silahlılar arasında bir neçə əcnəbi var, ancaq onların vətəndaşı olduğu dövlət məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi