Bakı. 15 iyun. REPORT.AZ/ Əfqanıstanda "İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının ən azı 15 yaraqlısı zərərsizləşdirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) iyunun 13-də ekstremistlərin ölkənin cənubunda yerləşən Nanqarhar vilayətinin Açin rayonundakı mövqelərinə hava zərbələri endirib.
Nəticədə ən azı 15 terrorçu, o cümlədən 3 səhra komandiri məhv edilib.