Kabulda törədilən partlayış nəticəsində 8 nəfər ölüb, 30 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Pejak” məlumat yayıb.
***10:34
Əfqanıstanın paytaxtı Kabulda Şaş Darak rayonunda hökumət binasının yaxınlığında partlayış törədilib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan
Onun sözlərinə görə, partlayış sentyabrın 5-də səhər saatlarında törədilib. Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, NATO-nun mənzil-qərargahı, ABŞ və Türkiyə səfirliklərinin binası, Əfqanıstan hökumətinin binaları, o cümlədən Müdafiə Nazirliyi Şaş Darak rayonunda yerləşir.