Əfqanıstanda hava hücumu nəticəsində 13 nəfər ölüb

Digər ölkələr
  • 25 mart, 2019
  • 10:06
Əfqanıstanda hava hücumu nəticəsində 13 nəfər ölüb

Əfqanıstanın Kunduz şəhərinin havadan bombalanması nəticəsində azı 13 nəfər ölüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, ölənlərin çoxu uşaqlardır. 

Hadisənin təfərrüatı barədə rəsmi məlumat verilməyib.