Əfqanıstanda gün ərzində ikinci partlayış baş verib - YENİLƏNİB

Əfqanıstanda gün ərzində ikinci partlayış baş verib - YENİLƏNİB Kabil bazarlarından birində partlayıcı qurğu işə salınıb
Digər ölkələr
8 Dekabr , 2017 16:33
Əfqanıstanda gün ərzində ikinci partlayış baş verib - YENİLƏNİB
AP Photo / Rahmat Gul

Bakı. 8 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

"Report" "Tolo News" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Telekanalın məlumatına görə, bu gün gündüz saatlarında Kabildəki bazarlardan birində partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində üç avtomobilə ciddi ziyan dəyib.

Bəzi şahidlər bildirirlər ki, motosikletdə quraşdırılmış partlayıcı quğu işə düşüb, bir qrup insan isə qaz balonlarının partladığını söyləyir.


***16:15

Əfqanıstanın şərqindəki Nəngərhar vilayətindəki məsciddə partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə cümə namazı zamanı baş verib.

Nəngərhar vilayət başçısının nümayəndəsi Ataulla Hogiyani partlayış olduğunu təsdiqləyib. Partlayış zamanı ölən şəxs məscidin imamı olub.

Hələlik terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi