Əfqanıstanda etirazçılar İran konsulluğunun binasında yanğın törədiblər

Əfqanıstanda etirazçılar İran konsulluğunun binasında yanğın törədiblər İranda əfqan vətəndaşlara qarşı pis rəftara etiraz edən aksiyaçılar Əfqanıstanın Herat şəhərində İran konsulluğunun binasının qapılarını yandırıblar.
Digər ölkələr
12 Aprel , 2022 01:59
Əfqanıstanda etirazçılar İran konsulluğunun binasında yanğın törədiblər

İranda əfqan vətəndaşlara qarşı pis rəftara etiraz edən aksiyaçılar Əfqanıstanın Herat şəhərində İran konsulluğunun binasının qapılarını yandırıblar.

“Report”un məlumatına görə, bu barədə yerli media xəbər verib.

Qeyd olunur ki, yerli təhlükəsizlik xidmətlərinin əməkdaşları bir neçə nümayişçinin saxlanması barədə məlumat yayıb.

Məlumata görə, paytaxt Kabil və Host şəhərlərində də etiraz aksiyaları keçirilib.

“Tolo News” telekanalı bildirib ki, İranın Kabildəki səfirliyinin binası qarşısına gələn etirazçılar İranı əfqanların məcburi deportasiyasını, eləcə də həmin ölkədəki həmvətənlərinə qarşı zorakılığı dayandırmağa çağırıblar. Onlar sosial şəbəkələrdə İranda əfqanların zorakılığa məruz qalması ilə bağlı yayılan videogörüntülərdən narazılıqlarını bildiriblər.

Bununla belə, telekanal qeyd edib ki, İran səfirliyi bu videoları bir sıra şəxslərin Kabil və Tehran, eləcə də iki ölkə xalqları arasında münasibətləri pisləşdirmək cəhdi adlandırıb.

Son xəbərlər

Orphus sistemi