Əfqanıstanda əməliyyat zamanı İŞİD-in 70 silahlısı zərərsizləşdirilib

Əfqanıstanda əməliyyat zamanı İŞİD-in 70 silahlısı zərərsizləşdirilib Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.
Digər ölkələr
7 Aprel , 2019 03:58
Əfqanıstanda əməliyyat zamanı İŞİD-in 70 silahlısı zərərsizləşdirilib

Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.

"Report"un məlumatına görə, bu barədə "Khaama Press" xəbər verib.

Xəbərdə bildirilir ki, əməliyyat ölkənin şərqində, Nanqarhar əyalətində təşkil olunub. Hojani ərazisində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olan azı 70 döyüşçü zərərsizləşdirilib.

Məlumata görə, əməliyyat zamanı həmçinin terrorçuların silah anbarı da məhv edilib.

Qeyd edək ki, dünən Əfqanıstanda törədilən partlayışlar nəticəsində azı 2 nəfər ölüb, 20 nəfərədək insan xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi