Əfqanıstanda azı 92 terrorçu məhv edilib

Əfqanıstanda azı 92 terrorçu məhv edilib Əməliyyat nəticəsində 4 terrorçu tutulub
Digər ölkələr
22 Yanvar , 2018 11:31
Əfqanıstanda azı 92 terrorçu məhv edilib
AFP 2018/ Noorullah Shirzada

Bakı. 22 yanvar. REPORT.AZ/ Əfqanıstanda hökumət qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində azı 92 silahlı məhv edilib, 44 terrorçu isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ölkənin şimalında (Faryab, Bəlx, Herat, Bağlan, Kunduz əyalətlərində), cənubunda (Gilmend, Zabul, Qəndahar), şərqində (Lağman, Lohar, Xost) və mərkəz hissəsində (Uruzqan) əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 4 terrorçu tutulub. 

Son xəbərlər

Orphus sistemi