Bakı. 23 dekabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda, Kunar əyalətində keçirilən irimiqyaslı antiterror əməliyyatları nəticəsində "Taliban" hərəkatının 151 yaraqlısı zərərsizləşdirilib, 100-dən çoxu yaralanıb.
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin əyalətdəki idarəsinin başçısı Abdul Həbib Səidxil bildirib.
"Onların bir hissəsi 17 yaraqlının cəsədini götürərək Pakistan ərazisinə keçib", - o deyib.
Xatırladaq ki, dekabrın ortalarında "Taliban" yaraqlıları Kunar əyalətinin Danqam rayonuna basqın etmişdi. Yerli əhali onlara qarşı etiraz aksiyası keçirmişdi. Həmin vaxt "talib"lər onlarla dinc sakini öldürmüşdü.