Əfqanıstanda amerikalı hərbçi həlak olub

Əfqanıstanda amerikalı hərbçi həlak olub Bakı. 1 may. REPORT.AZ/ Əfqanıstanın şərqində keçirilən hərbi əməliyyat zamanı ABŞ qoşunlarının hərbçisi ölüb.
Digər ölkələr
1 May , 2018 10:58
Əfqanıstanda amerikalı hərbçi həlak olub

Bakı. 1 may. REPORT.AZ/ Əfqanıstanın şərqində keçirilən hərbi əməliyyat zamanı ABŞ qoşunlarının hərbçisi ölüb.

"Report" "TOLONews"a istinadən xəbər verir ki, ölən amerikalı ABŞ-ın gizli xidmət əməkdaşıdır.

Eyni zamanda, əməliyyat zamanı daha bir amerikalı hərbçi yaralanıb, onun vəziyyəti sabitdir.

Bu məlumatı ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanlığı təsdiqləyib.

Komandanlığın bəyanatında toqquşmalar zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir neçə üzvünün öldüyü və yaralandığı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi