Əfqanıstanda türk mənşəli 8 uşaq acından ölüb

Əfqanıstanda türk mənşəli 8 uşaq acından ölüb Əfqanıstan parlamentinin deputatı Məhəmməd Mohakik ölkənin qərb hissəsində 8 uşağın acından öldüyünü bildirib.
Digər ölkələr
138
25 Oktyabr , 2021 06:54
Əfqanıstanda türk mənşəli 8 uşaq acından ölüb

Əfqanıstan parlamentinin deputatı Məhəmməd Mohakik ölkənin qərb hissəsində 8 uşağın acından öldüyünü bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Yoxsulluq və aclıq Əfqanıstanın qərbində 8 uşağı öldürüb”, - deyə siyasətçi qeyd edib. O, bildirib ki, bu ərazidə ölkənin etnik türk xalqlarından olan xəzərilər yaşayır.

Mohakik əlavə edib ki, “Taliban” əvvəlki hakimiyyət kimi xalqı zəruri həyat tərzi ilə təmin etmir. O, beynəlxalq ictimaiyyətə müraciət edərək xəzərlərə (hezarilərə-red) və şiələrə yardım göstərməyə çağırıb.

Qeyd edək ki, BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Debora Layons da ötən ay xəbərdarlıq edərək bildirib ki, beynəlxalq ictimaiyyətin yardımı olmasa, ölkədə kütləvi aclıq başlayacaq.

Onun sözlərinə görə, bir sıra ölkələr Əfqanıstanın maliyyə və donor vəsaitlərinə girişini bağlayıblar ki, vəsaitlər “Taliban”a qalmasın.

Son xəbərlər

Orphus sistemi