Yuxarı

​Əfqanıstanda 6 nəfər partlayışın qurbanı olub

Hələlik hadisənin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün səhər Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində baş verən güclü partlayış nəticəsində 6 nəfər ölüb, 14-dən çox sakin yaralanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Naziriliyi məlumat yayıb.

Məlumata görə, hadisə əyalətin mərkəzində baş verib. Ölənlərin sayı dəqiqləşdirilir. Xəsarət alanları xəstəxanaya yerləşdiriblər. Hadisənin başvermə səbəbi araşdırılır.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi