​Əfqanıstanda 36 nəfər selin və qar uçqununun qurbanı olub

​Əfqanıstanda 36 nəfər selin və qar uçqununun qurbanı olub Rayonun müxtəlif yerlərində qar uçqunu altında 82 nəfər qalıb
Digər ölkələr
25 Fevral , 2015 13:19
​Əfqanıstanda 36 nəfər selin və qar uçqununun qurbanı olub

Bakı.25 fevral. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində yerləşən Pəncşir rayonunda qar uçqunu nəticəsində 28 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Pəncşirin valisi Abdul Rəhman bildirib.

Rayonun müxtəlif yerlərində qar uçqunu altında 82 nəfər qalıb. "28 nəfər ölüb, 10-dan çox insan isə ağır yaralanıb", - o bildirib.

Məlumata görə, ölkənin şərqində yerləşən Lağman rayonunda sel nəticəsində 8 sakin ölüb, onlarla ev dağılıb, yüzlərlə hektar əkin sahəsi yararsız hala düşüb. 

Son xəbərlər

Orphus sistemi