Əfqanıstanda 148 terrorçu öldürülüb

Əfqanıstanda 148 terrorçu öldürülüb Antiterror əməliyyatı ölkənin 10 əyalətində keçirilib
Digər ölkələr
30 Sentyabr , 2015 16:16
Əfqanıstanda 148 terrorçu öldürülüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Əfqanıstanda hərbçilərlə polisin ötən sutka ərzində birgə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 148 terrorçu öldürülüb, 120-si isə yaralı ələ keçirilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəbərə görə, əməliyyat ölkənin Nanqahar, Laqman, Baqlan, Qəndahar, Zabul, Uruzqan, Loqar, Tahar, Paktiya və Fərəh əyalətlərində keçirilib.

Əməliyyat nəticəsində terrorçuların yüngül və ağır silahları da müsadirə edilib. 

Son xəbərlər

Orphus sistemi