Yuxarı

Əfqanıstan Silahlı Qüvvələri 40-dan çox İŞİD yaraqlısını məhv edib

Güc orqanlarının əməkdaşları Əfqanıstan-Pakistan sərhədində yerləşən Nanqarhar əyalətində 40 terrorçunu öldürüb, 22 yaraqlını isə yaralayıb

Bakı. 25 iyun. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələrinin üzvləri son sutka ərzində İŞİD terror qruplaşmasının azı 43 yaraqlısını məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, güc orqanlarının əməkdaşları Əfqanıstan-Pakistan sərhədində yerləşən Nanqarhar əyalətində 40 terrorçunu öldürüb, 22 yaraqlını isə yaralayıb. Ölkənin mərkəzi hissəsində yerləşən Qəzni əyalətində isə İŞİD-in 3 üzvü məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi