Əfqanıstan Prezidenti ABŞ hərbçilərinin tərk etdiyi aviabazaya gedib

Əfqanıstan Prezidenti ABŞ hərbçilərinin tərk etdiyi aviabazaya gedib Əfqanıstan Prezidenti Əşrəf Qəni bir həftə əvvəl ABŞ qüvvələrinin tərk etdikləri Baqram aviabazasına gedib.
Digər ölkələr
9 İyul , 2021 16:47
Əfqanıstan Prezidenti ABŞ hərbçilərinin tərk etdiyi aviabazaya gedib
Əşrəf Qani

Əfqanıstan Prezidenti Əşrəf Qani bir həftə əvvəl ABŞ qüvvələrinin tərk etdikləri Baqram aviabazasına gedib.

“Report” xəbər verir ki, məlumatı “Tolo News” telekanalı yayıb.

Bildirilib ki, Əşrəf Qani heyətə Baqram həbsxanasının idarə edilməsi üçün tapşırıqlar verib.

Qeyd edək ki, Baqram bazası Əfqanıstanın paytaxtı Kabuldan şimalda yerləşir. Bu obyektdən 1979-1989-cu illərdə Əfqan müharibəsində keçmiş SSRİ istifadə edib. Baqram 2001-ci ildən 2021-ci ilədək ABŞ hərbçilərinin əsas bazası olub.

Son xəbərlər

Orphus sistemi