Əfqanıstan İranla münasibətlərini möhkəmlətmək niyyətindədir

Əfqanıstan İranla münasibətlərini möhkəmlətmək niyyətindədir Əfqanıstanla İran arasında sıx əlaqələr mövcuddur
Digər ölkələr
19 Aprel , 2015 19:38
Əfqanıstan İranla münasibətlərini möhkəmlətmək niyyətindədir

Bakı. 19 aprel. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qani Tehrana iki günlük səfərə gəlib .

"Report" BBC-yə istinadən xəbər verir ki, Əşrəf Qani İranlı həmkarı Həsən Rohani və digər rəsmi şəxslərlə görüşməlidir.

Əfqanıstanla İran arasında sıx əlaqələr mövcuddur. 

2001-ci ildə İran Əfqanıstanda taliban hökümətinin devrilməsi məqsədilə yaradılan beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-a dəstək vermişdi.

Əşrəf Qani Suriya və İraqda fəallıq göstərən "İslam Dövləti" (İD) hərəkatının Əfqanıstana da yayıla biləcəyindən narahtlığını bildirib.

Son bir neçə ay ərzində Taliban üzvləri İD-ə sadiq olduqlarını bəyan edirlər. İraq hökümətinin İD qüvvələrilə mübarizəsində İran mühüm rola malikdir.

Son xəbərlər

Orphus sistemi