Yuxarı

Əfqanıstanın birinci vitse-prezidentinin avtomobil karvanına hücüm olub: 15 nəfər ölüb, 20-si yaralanıb

Rəşid Dostum: Öldürülən terrorçular arasında Özbəkistan vətəndaşları və Çeçenistandan olan silahlılar da var

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstan prezidentinin birinci müavini Rəşid Dostumun da olduğu avtomobil karvanına hücum nəticəsində mühafizə xidmətinin 15 əməkdaşı ölüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Faryab vilayətinin Gurmaç rayonunda baş verib.

Məlumata görə, terrorçular karvanın keçdiyi yola partlayıcı döşəyib. Hadisə həmin partlayıcının partlaması nəticəsində baş verib. Hökumət qüvvələri "Taliban" hərəkatına qarşı əməliyyat keçirməyə gedirmiş. Partlayış nəticəsində Rəşid Dostum xəsarət almayıb. Onun sözlərinə görə, 3 zirehli avtomobilə ziyan dəyib. O, 20 təhlükəsizlik əməkdaşının da yaralandığını bildirib.

Rəşid Dostum vurğulayıb ki, terrorçu qruplaşmanın onlarla silahlısı zərərsizləşdirilib, bəzi bölgələr isə "Taliban"dan təmizlənib. O, terrorçuların nəzarəti altında olan Gurmaç rayonunu geri aldıqlarını söyləyib. Prezidentin birinci müavini deyib ki, öldürülən terrorçular arasında Özbəkistan vətəndaşları və Çeçenistandan olan silahlılar da var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi