Yuxarı

​Əfqanıstan Ali Məhkəməsinin baş katibi qətlə yetirilib

Qətlin məsuliyyətini Taliban hərəkatının yaraqlıları öz üzərinə götürüb

Bakı. 13 dekabr. REPORT.AZ/ Əfqanıstan Ali Məhkəməsinin baş katibi Atiqullah Rafuvini yaraqlılar tərəfindən qətlə yetirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxt Kabilin polis cinayət-axtarış bölməsinin rəisi bildirib.

Hadisə dekabrın 13-də səhər saatlarında Kabildə baş katibin yaşadığı evin yaxınlığında olub.

A.Rafuvinini həmkarları bildirib ki, motosikletə minmiş iki kişi evə yaxınlaşaraq, ona atəş açıblar.

Qətlin məsuliyyətini "Taliban" hərəkatının yaraqlıları öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi