Bakı. 10 mart. REPORT.AZ/ Efiopiyada qəzaya uğramış "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsində 35 ölkənin vətəndaşları həlak olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə
Qeyd edilir ki, onlardan 32-i Keniyanın, 18-i Kanadanın, 9-u Efiopiyanın, 8-i İtaliyanın, 8-i Çinin, 8-i ABŞ-ın, 7-i Böyük Britaniyanın, 7-i Fransanın, 6-ı Misirin, 5-i Almaniyanın, 4-ü Hindistanın, 4-ü Slovakiyanın, 3-ü Avstriyanın, 3-ü İsveçin, 3-ü Rusiyanın, habelə Mərakeşin, İspaniyanın, Polşanın, İsrailin (hər ölkədən iki sərnişin - red) vətəndaşları olublar.
Bundan başqa, həlak olanlar arasında Belçika, Cibuti, İndoneziya, İrlandiya, Mozambik, Norveç, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Serbiya, Toqo, Uqanda, Yəmən, Nepal, Nigeriya vətəndaşları, BMT pasportu daşıyan bir sərnişin də olub.
Qeyd edək ki, Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.