Efiopiya ordusu Tiqray üsyançılarına qarşı əməliyyatlara başlayıb

Efiopiya ordusu Tiqray üsyançılarına qarşı əməliyyatlara başlayıb Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.
Digər ölkələr
10 Oktyabr , 2021 07:04
Efiopiya ordusu Tiqray üsyançılarına qarşı əməliyyatlara başlayıb

Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Hərbi əməliyyatlarda pilotsuz təyyarələr və ağır artilleriya iştirak edir.

Efiopiya Hərbi Hava Qüvvələri Amharada oktyabrın 7-dən uçuşlar keçirib və hədəfləri müəyyən edib.

Hərbi mənbələrə görə, Efiopiya silahlı qüvvələrinin hücumunun ilkin mərhələsinin məqsədi strateji cəhətdən əhəmiyyətli Lalibela və Voldia şəhərləri üzərində nəzarəti bərpa etməkdir. İkinci mərhələ isə Tiqray əyalətinin inzibati sərhəd xəttinin, eləcə də Sekot və Kobo şəhərlərinin azad edilməsidir.

Qeyd edək ki, bu ilin iyulunda Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələri hökumət qüvvələrinə qarşı əməliyyata başlayaraq qonşu Amhara və Afar əyalətlərinə hərəkət edib. Hücumun ilk üç həftəsində üsyançılar bir çox nəqliyyat marşrutlarını kəsə və bir neçə şəhəri nəzarətə ala biliblər. Avqustda isə hökumət ordusu bir neçə istiqamətdə əks hücuma keçərək uğur qazanıb.

Son xəbərlər

Orphus sistemi