Əddis-Əbaba türməsində yanğın zamanı 23 dustaq ölüb, 9-u yaralanıb

Əddis-Əbaba türməsində yanğın zamanı 23 dustaq ölüb, 9-u yaralanıb Dustaqların 21 nəfəri tüstüdən boğulma və ya basırıq nəticəsində həyatını itirib
Digər ölkələr
6 Sentyabr , 2016 04:25
Əddis-Əbaba türməsində yanğın zamanı 23 dustaq ölüb, 9-u yaralanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində yerləşən Klinto həbsxanasında yanğın zamanı ən azı 23 dustaq ölüb, 9 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli hökumətə istinadən "Frans Press" məlumat yayıb.

Bununla belə, dustaqların 21 nəfəri tüstüdən boğulma və ya basırıq nəticəsində həyatını itirib. Daha iki nəfər qaçmaq istərkən güllələnib.

Bütün dustaqlar digər binaya köçürülüb.

Yanğının səbəbləri açıqlanmır.

Son xəbərlər

Orphus sistemi