Düsseldorfda PKK tərəfdarlarının nümayişinin dağıdılması zamanı 15 polis xəsarət alıb

Düsseldorfda PKK tərəfdarlarının nümayişinin dağıdılması zamanı 15 polis xəsarət alıb Asayiş keşikçiləri gözyaşardıcı qaz tətbiq ediblər
Digər ölkələr
5 Noyabr , 2017 05:22
Düsseldorfda PKK tərəfdarlarının nümayişinin dağıdılması zamanı 15 polis xəsarət alıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərində PKK tərəfdarlarının nümayişinin dağıdılması zamanı 15 polis xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Spiegel" polisin nümayəndəsinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, tədbir iştirakçıları aksiyada PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın şəkli olan bannerlər qaldırıblar. Terrorçuların tərəfdarları polis əməkdaşlarının plakatları yığışdırmaq tələblərini rədd ediblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atmağa başlayıblar.

Asayiş keşikçiləri buna cavab olaraq mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Son xəbərlər

Orphus sistemi