Bakı. 9 yanvar. REPORT.AZ/ Dünyanın ən dəqiq aviaşirkətləri üçlüyünə "AirBaltic", "Hawaiian Airlines", "Аustrian Аirlines" daxil olub. "Report" xəbər verir ki, bu barədə aviasiya informasiyası sahəsində lider olan Britaniyanın "OAG" şirkətinin məruzəsində deyilir.
20 ən dəqiq aviaşirkətin reytinqi 43,5 mln. uçuşların təhlili əsasında tərtib olunub.
Beşliyə, həmçinin İspaniyanın milli və ən iri aviadaşıyıcısı olan "Iberia" və Norveçin "Norwegian Air Shuttle" aviaşirkətləri daxil olub. "Saudi Arabian Airlines" siyahıda 7-ci yeri tutub, "Air Europa" - 16-cı yeri, "Lufthansa" isə reytinqin 17-ci pilləsində qərarlaşıb.