Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü Dünyada koronavirusdan 882 482 nəfər sağalıb, 207 071 nəfər isə virusdan ölüb.
Digər ölkələr
323
27 Aprel , 2020 12:00
Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü
0 : 00
0 : 00

Dünyada koronavirusdan 882 482 nəfər sağalıb, 207 071 nəfər isə virusdan ölüb.

“Report” xəbər verir ki, indiyədək 3 002 876 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (987 322), İspaniya (226 629) və İtaliyada (197 675) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 110 130 nəfər yoluxub, 2 805 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı isə 90 481-dir. Son məlumata görə, bu ölkədə 5 710 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 26-na olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 645-dir. İndiyədək ölkəmizdə 21 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İngilis versiyası Global COVID-19 cases top 3m

Son xəbərlər

Orphus sistemi